Rusiya daha üç yaşayış məntəqəsini işğal etdi


Digərləri 17 Tem 2025 16:12:00 79 0

Rusiya daha üç yaşayış məntəqəsini işğal etdi

Rusiya ordusu bir gündə Ukraynanın üç yaşayış məntəqəsini işğal edib.

Son.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, "Şimal" qoşun qruplaşmalarının Xarkov istiqamətindəki bölmələri Xarkov vilayətinin Deqtyarnoye yaşayış məntəqəsini, "Mərkəz" qoşun qruplaşmalarının bölmələri Donetsk vilayətinin Popov Yar yaşayış məntəqəsini, "Dnepr" qoşun qruplaşmalarının bölmələri isə Zaporojye vilayətində Kamenskoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.