Rusiyada bu bayramı qeyd edənlər həbs oluna bilər
Dünya 08 Tem 2025 22:14:00 63 0
Rus Pravoslav Kilsəsinin nümayəndəsi Vitali Rıbakov "İvan Kupala" gününü qeyd edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib.
Bu haberi de oku: Nobel sülh mükafatına namizəd oldu
Son.az xəbər verir ki, din xadimi bu bayramın Rusiya dəyərlərinə və pravoslav inancına uyğun olmadığını bildirib. Onun sözlərinə görə "İvan Kupala" bütpərəst ənənələrə əsaslanır və cəmiyyətə mənfi təsir göstərir.
Rıbakovun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Rusiya Patriarxlığının digər nümayəndəsi VaxTanq Kipşidze isə məsələ ilə bağlı belə sərt yanaşmanın tərəfdarı olmadığını bildirib.
Vitali Rıbakov qeyd edib ki, bu bayramın təşviqi və qeyd olunması qanunla qadağan edilməli və onun təbliğatını aparan şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmalıdır.