Qarnından canlı ilan balığı çıxdı FOTO
Dünya 08 Tem 2025 00:39:00 73 0
Çində bir kişinin qarnından canlı ilan balığı çıxarılıb.
Bu haberi de oku: Bu şəxslərin tətili Avropada xaos yaratdı
Son.az xəbər verir ki, Çinin Hunan əyalətində güclü qarın ağrısı ilə xəstəxanaya müraciət edən 30 yaşlı kişinin qarnından canlı ilan balığı çıxarılıb.
Huaihua şəhərində baş verən hadisə zamanı xəstə təcili şəkildə əməliyyata alınıb. Hunan Tibb Universitetinin Birinci Klinik Xəstəxanasında aparılan kompüter tomoqrafiyasında balığın mədəni deşərək qarın boşluğuna keçdiyi müəyyən olunub. Həkimlər ölüm riski səbəbilə dərhal müdaxilə ediblər.
Əməliyyat zamanı canlı ilan balığının bağırsaq divarını deşib orqanlar arasında hərəkət etdiyi aşkarlanıb. Balığın qarın boşluğunda üzərək orqanlara yaxınlaşdığı bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.