Trampdan Maskın istəyinə sərt CAVAB


Dünya 07 Tem 2025 14:05:00 88 0

Trampdan Maskın istəyinə sərt CAVAB

ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın yeni siyasi təşəbbüsünə münasibət bildirib.

Son.az xəbər verir ki, Tramp Maskın "Amerika Partiyası"nı qurmaq niyyətinə belə cavab verib:

"Üçüncü bir partiyanın yaradılması çaşqınlığı daha da artırır. O, bununla lağ edə bilər, amma məncə, bu, gülüncdür."

Mask siyasi partiya quracaq

Tramp əlavə edib ki, Respublikaçılar Partiyası ilə böyük uğur əldə etdiklərini və yeni bir partiyanın yaranmasının yalnız siyasi parçalanma yaradacağını düşünür.

Mask və Tramp arasında gərginlik ABŞ Konqresində qəbul edilən vergi endirimi qanun layihəsi ilə bağlı fikir ayrılığından sonra daha da artıb. Mask Trampın bu qanuna dəstəyini sərt şəkildə tənqid edib və iyunun əvvəlində "Amerika Partiyası" adlı yeni siyasi qurum yaratmaq planını ictimaiyyətə açıqlayıb.


Habere ait fotoğraf