Azərbaycanlı ABŞnin səhiyyə sistemindən 137 milyon dolları mənimsədi


Dünya 07 Tem 2025 16:24:00 74 0

Azərbaycanlı ABŞnin səhiyyə sistemindən 137 milyon dolları mənimsədi

ABŞ-nin Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov ABŞ dövlətinə qarşı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunaraq saxlanılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Kaliforniya məhkəməsi məlumat yayıb.

Bildirilib ki, istintaq materiallarına əsasən, Sevindik Hüseynov saxta tibbi xidmət sənədləri, təqdimatlar, göndərişlər və fakturalar vasitəsilə ABŞ-nin sağlamlıq sistemindən külli miqdarda vəsait mənimsəyib.