Almaniyaya getmək istəyənlərin NƏZƏRİNƏ: Yolunuz məhkəmədən keçə bilər


Dünya 07 Tem 2025 22:48:00 77 0

Almaniyaya getmək istəyənlərin NƏZƏRİNƏ: Yolunuz məhkəmədən keçə bilər

Almaniyaya viza üçün edilən müraciətlərdə dəyişiklik olub.

Son.az iyulun 1-dən etibarən vizaya müraciətə imtina cavabı verildikdə, artıq əvvəlki kimi remonstrasiya (etiraz məktubu) göndərmək mümkün deyil.

Yəni Şengen və ya milli vizaya rədd cavabı verildiyi təqdirdə, artıq səfirliyə müraciət edib qərarın dəyişdirilməsi mümkün olmayacaq. Yeganə çıxış yolu Berlin İnzibati Məhkəməsində məhkəmə iddiası qaldırmaq və ya yenidən viza üçün yeni sənədlərlə müraciət etməkdir.

Qeyd etmək yerinə düşər ki, sözügedən qərar yalnız bir deyil, bütün ölkələr üçün keçərlidir.