ABŞdə təyyarə qəzaya uğradı Ailənin bütün üzvləri həlak oldu
Dünya 08 Tem 2025 12:37:00 87 0
ABŞ-ın Şimali Karolina ştatında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu haberi de oku: Nobel sülh mükafatına namizəd oldu
Son.az xəbər verir ki, bu barədə Şimali Karolina Dövlət Yol Patrul Xidməti məlumat yayıb.
Qəza bazar ertəsi saat 14:00-dan sonra Li qraflığı ərazisində baş verib. Kiçik tipli təyyarədə iki valideyn və onların iki azyaşlı övladı olub.
Rəsmilər bildiriblər ki, 35 yaşlı Travis Buchanan, həyat yoldaşı Candace Buchanan , eləcə də onların övladları 10 yaşlı Aubrey Buchanan və 9 yaşlı Walker Buchanan faciə nəticəsində həlak olublar.
Qurbanlardan üçü hadisə yerində, dördüncüsü isə xəstəxanada vəfat edib.
Təyyarənin qəza səbəbi hələ ki, açıqlanmayıb.
Hadisə ilə bağlı əlavə məlumatların yaxın günlərdə paylaşılacağı gözlənilir.
Fidan Son.az