Parisdə səfirliyimizə hücum edən ermənilərin cəzası ağırlaşdırıldı
Dünya 08 Tem 2025 21:50:00 83 0
Parisdə Azərbaycan səfirliyinin binasına hücum edən radikal erməni millətçilərinin cəzası ağırlaşdırıldı.
Bu haberi de oku: ABŞdə təyyarə qəzaya uğradı Ailənin bütün üzvləri həlak oldu
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyindən bildirilib.
"8 iyul 2025-ci il tarixində Paris Apellyasiya Məhkəməsi radikal erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin binasına edilmiş hücum ilə bağlı birinci məhkəmə instansiyasının qərarı ilə müəyyən edilmiş cəzanı daha da ağırlaşdırmışdır.
Məlum olduğu kimi, 18 sentyabr 2022-ci il tarixində radikal erməni qrupları tərəfindən Parisdə Azərbaycan Səfirliyinə qarşı hücüm aktı həyata keçirilmiş və nəticədə diplomatik nümayəndəliyin binasına zərər yetirilmişdir. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilmişdir. Paris Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə hücumun əsas təşkilatçısı "Charjoum" erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza və cərimə müəyyən edilmişdir.