Bolqarıstan 2026cı ildən avroya keçir
Dünya 08 Tem 2025 20:10:00 79 0
Avropa İttifaqının qərarına əsasən Bolqarıstan 2026-cı il yanvarın 1-dən rəsmi olaraq avroya keçəcək. Beləliklə, ölkə Avrozonanın 21-ci üzvü olacaq.
Bu haberi de oku: Xameneinin qətlini müzakirə edəcəklər
Son.az xəbər verir ki, Avropa Komissiyası və Avropa Mərkəzi Bankının təsdiqindən sonra Bolqarıstanın milli valyutası olan lev tədricən dövriyyədən çıxarılacaq. Müəyyən edilmiş sabit məzənnəyə görə, 1 avro 1.95583 leva bərabər tutulacaq.
Hazırda ölkədə avroya keçidlə bağlı texniki və hüquqi hazırlıqlar aparılır. İlk mərhələdə həm avro, həm də lev eyni anda dövriyyədə olacaq. 2026-cı ilin fevral ayından isə yalnız avrodan istifadə ediləcək.
Rəsmilər avroya keçidin Bolqarıstan iqtisadiyyatı üçün müsbət nəticələr verəcəyini, maliyyə sabitliyini artıracağını və xarici sərmayələri stimullaşdıracağını bildirirlər. Bununla belə, ictimai rəyin müəyyən hissəsində inflyasiya və qiymət artımı ilə bağlı narahatlıqlar müşahidə olunur.