Qatardan istifadə edənlərin NƏZƏRİNƏ:


Digərləri 08 Tem 2025 09:08:00 71 0

Qatardan istifadə edənlərin NƏZƏRİNƏ:

"Azərbaycan Dəmir Yolları" QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçir.

Son.az xəbər verir ki, bu haqda "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidməti məlumat verib.

Məqsəd 2025/2026-cı il tədris ilinə hazırlıq işlərinin görülməsi, Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması, hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi, qatarlarda müəyyən təmir işlərinin aparılmasıdır.

Bununla əlaqədar olaraq 10 iyul 2025-ci il tarixindən etibarən həftənin iş günlərində dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq.

Qrafikdən çıxarılan reyslər Bakı-Sumqayıt-Pirşağı-Bakı xətti üzrə Sumqayıt stansiyasından saat 06:45, 10:35 və 11:30, Bakı Dəmiryol Vağzalından isə saat 09:30 və 10:30 reysləridir.