Kirayə mənzil bazarında vəziyyət necədir?


Digərləri 08 Tem 2025 08:23:00 63 0

Kirayə mənzil bazarında vəziyyət necədir?

Yay aylarında tələbələrin bölgələrə dönüşü kirayə bazarına təsirsiz ötüşmürdü. Lakin indi qiymətlərin artan dinamikasına demək olar ki, heç nə təsir edə bilmir.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, tələbələrin yay tətili dövründə bölgələrə geridönüşü nəticəsində Bakıda kirayə mənzil bazarında müəyyən boşluq yaranırdı. Bu səbəbdən qısa müddətlik olsa da, qiymətlərdə cüzi enmə müşahidə olunurdu. Lakin son illər bu dinamika xeyli dəyişib.

Mövzuya münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, son dövrdə paytaxtın mərkəz hissələrində yerləşən və əsasən fərdi yaşayış evlərindən ibarət olan massivlərin sökülməsi, kirayə bazarında təklifin azalmasına səbəb olub.

Əmlak bazarı üzrə müşahidələr göstərir ki, əvvəllər paytaxtın bəzi tələbə kontingentinin sıx yaşadığı rayonlarda kirayə qiymətləri daha münasib idi. Lakin hazırda qiymətlər ötən illərlə müqayisədə 200-250 manat bahalaşıb.