2 və 3 yaşlı qızlar xəstəxanalıq oldular
Digərləri 07 Tem 2025 13:17:00 65 0
Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan siçan dərmanı içib.
Bu haberi de oku: "Sehrli" bürclər Hər kəs onlara heyrandır
Son.az xəbər verir ki, hadisə iyulun 6-sı saat 18 radələrində Qaradağ rayonu Sanqaçal qəsəbəsində baş verib. Qəsəbə sakini 2023-cü il təvəllüdlü A.Poladova evdə ehtiyatsızlıqdan siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Oxşar hadisə dünən saat 20 radələrində Salyanda da baş verib. 2022-ci il təvəllüdlü N.Qurbanova yaşadığı Noxudlu kəndindəki evdən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti ağırdır. Onun da ehtiyatsızlıqdan kimyəvi məhlul içdiyi bildirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.