Kişilər arasında "səssiz xəstəlik" sürətlə yayılır
Digərləri 01 Tem 2025 11:51:00 86 0
ABŞ-da kişilər arasında sümük əriməsi xəstəliyi olan osteoporozun yayılması ilə bağlı narahatedici statistika açıqlanıb.
Bu haberi de oku: Nazirlik sertifikatlaşdırmada qayda pozuntularına sərt reaksiya verdi
Məlumata görə hazırda ölkədə təxminən 2 milyon kişi bu "səssiz xəstəlik"dən əziyyət çəkir.
ABŞ Milli Onurğa Sağlamlığı Fondunun araşdırmasına əsasən 16 milyon kişidə xəstəliyin ilkin mərhələsi hesab olunan osteopeniya müşahidə olunur. Lakin Ohayo Dövlət Universitetinin Wexner Tibb Mərkəzinin keçirdiyi sorğu göstərib ki, kişilərin yalnız 1 faizi sümük sıxlığının aşağı olmasından narahatdır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, osteoporoz heç bir əlamət vermədən irəliləyir və çox zaman ilk sümük sınığı ilə ortaya çıxır. Xüsusilə 65 yaşdan yuxarı şəxslərdə bu xəstəlik kiçik yıxılmalarda belə ciddi fəsadlara yol aça bilər. Radioloq Dr. Pol Lyuis kişilərə riskin qarşısını almaq üçün testosteron səviyyəsini nəzarətdə saxlamağı, yürüş, pilləkən çıxmaq, müqavimət məşqləri, yoqa və tennis kimi idman növlərinə üstünlük verməyi tövsiyə edir. Onun sözlərinə görə, aktiv həyat tərzi, sağlam qidalanma, siqaret və alkoqoldan uzaq durmaq, evdə yıxılma riski yaradan amilləri aradan qaldırmaq sümük sağlamlığını qorumağa kömək edir.