İzmirdə dəhşətli meşə yanğınları Sakinlər belə xilas edildi FOTO


Digərləri 30 Haz 2025 10:50:00 93 0

İzmirdə dəhşətli meşə yanğınları  Sakinlər belə xilas edildi  FOTO

İzmirdə baş verən meşə yanğını zamanı təhlükə altında qalan bir neçə vətəndaş fövqəladə xidmətlər tərəfindən xilas edilib.

Son.az türk mediasına istinadla xəbər verir ki, Menderesin Kuyucak məhəlləsi ilə Seferihisarın Orhanlı məhəllələri arasında başlayan yanğın güclü küləyin təsiri ilə sürətlə yayılaraq geniş əraziyə ziyan vurub. Alovlar Orhanlı, Payamlı, Atatürk, Cümhuriyyət və Kavakdere məhəllələrinə qədər çatıb.

Yanğına Meşə Ümumi Müdirliyinə bağlı 18 təyyarə və 10 helikopter havadan, 40 su tenderi, 10 su təchizatı maşını və 4 dozerlə isə qurudan müdaxilə olunub. Qrupların səylərinə baxmayaraq, alovun qarşısını almaq külək səbəbilə çətinləşib.

Hazırda bölgədə təxliyə işləri davam edir və hüquq-mühafizə orqanları əhalini alovun təsir dairəsindən uzaqlaşmağa çağırır.

Fidan Son.az