Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır Bu tarixdən
Digərləri 30 Haz 2025 10:01:00 92 0
İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.
Bu haberi de oku: Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
Son.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.
Kaynak: milli.az