Eyni məhsul, kəskin qiymət fərqi: "Bahadırsa, almayın"
Digərləri 29 Haz 2025 12:21:00 69 0
Bakının müxtəlif bazarlarında və küçə ticarətində eyni məhsulun - xüsusilə də meyvə-tərəvəzin qiymətində ciddi fərqlər müşahidə olunur. Vətəndaşlar sosial şəbəkələrdə haqlı suallar səsləndirir:
Bu haberi de oku: Arıqlama dərmanlarının ölümcül təsirləri: Mütəxəssislərdən xəbərdarlıq
Nə üçün bir satıcıda 5 manata təklif olunan meyvə, başqa bir satıcıda 15 manata satılır? Bu, rəqabətdirmi, yoxsa alıcının çaşdırılması?
Son.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür fərqli qiymətlər rəqabət mühitinin bir parçasıdır və burada hər hansı inzibati müdaxiləyə ehtiyac yoxdur:
"Bazar iqtisadiyyatı şəraitində heç bir satıcıya qiymət qoymaq olmaz. Meyvədir - kimsə istəyir, baha satır. Bu onun haqqıdır. Amma alıcı da sərbəstdir, o qiymətə almaya bilər. Əgər biz qiyməti baha hesab ediriksə, almamaqla satıcını cəzalandıra bilərik. Bu, ən güclü ictimai təzyiq formasıdır".
Ekspertin sözlərinə görə, qiymətlərin tənzimlənməsi yalnız strateji məhsullarda - un, çörək, dərman, benzin və s. kimi sahələrdə tətbiq olunur:
"Meyvə və tərəvəz kimi qeyri-strateji məhsullarda isə bazar özü qiymətləri müəyyənləşdirir. Satıcı düşünür ki, həmin rayonda və ya küçədə alıcının ödəmə qabiliyyəti yüksəkdir, ona görə qiyməti qaldırır. Amma bu onun riskidir - əgər alıcı tapmasa, özü qiyməti aşağı salacaq. Bu zaman yeni qiymət balansı formalaşacaq", - deyə iqtisadçı əlavə edib.