Çimərliklərdə hava necə olacaq?


Digərləri 28 Haz 2025 13:19:00 77 0

Çimərliklərdə hava necə olacaq?

Çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hiderometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, Abşeron çimərliklərində iyunun 28-də mülayim cənub-şərq küləyi əsəcək.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 22-23° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.