Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı
Digərləri 28 Haz 2025 12:55:00 67 0
Sabirabad rayon sakini Xəyal Mustafayev "Toyota" markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının stasionar postunda saxlanılıb.
Bu haberi de oku: Bu meyvə virusun düşmənidir, mədənin isə...
Bu barədə Son.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.
Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan Xəyal Mustafayev inzibati məsuliyyətə cəlb edilib.
Kaynak: milli.az