Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin
Digərləri 25 Haz 2025 14:14:00 59 0
Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Bu haberi de oku: Bakının bir sıra yollarında hərəkət 3 gün məhdudlaşdırılacaq
Son.az "Qafqazinfo"-ya istinadla məlumat verir ki, "Mercedes", "KİA" və "Opel" markalı avtomobillərin toqquşması zamanı həyatını itirən şəxslərdən 26 yaşlı Elçin Süleymanov "Azərsun" şirkətinin bu rayondakı nümayəndəliyində çalışırmış. O, Xocavənd Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Muradlının qardaşıdır.
Füzulidə zəncirvari qəzada ölənlərin kimliyi bəlli oldu - FOTOlarQəzada Elçinlə birgə "Mercedes" markalı avtomobildə olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun və 1991-ci ildə anadan olmuş Nicat Qurbanov da həlak olublar. Onlar rayonda kombayn işlədən şəxs kimi tanınıblar.
Hadisə nəticəsində "KİA" markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə ağır xəsarətlər alıb. O, "Aqroservis" ASC-nin Füzuli rayon şöbəsində çalışır.
B.Qənbərovun vəziyyəti ağır olduğundan Bakıda xəstəxanaların birinə təxliyə edilib.
Faktla bağlı araşdırma davam etdirilir.