Şahin Bağırov rəisi sərəncama götürdü


Digərləri 22 Haz 2025 10:54:00 68 0

Şahin Bağırov rəisi sərəncama götürdü

Hövsan Dəniz Gömrük Postunun rəisi Fərid Usubov sərəncama götürülüb.

Son.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, post rəisinin sərəncama götürülməsinə səbəb Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qeyri-qanuni siqaret yüklərinin aşkarlanması olub.