Bakıda yataqxanada yanğın


Digərləri 22 Haz 2025 10:22:00 64 0

Bakıda yataqxanada yanğın

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasında ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin mətbəxinin tavanı 10 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.