Bu gün dövlət qulluğu imtahanı var
Digərləri 22 Haz 2025 09:45:00 69 0
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il iyunun 22-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək.
Bu haberi de oku: Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm
Bu barədə Son.az-a DİM-dən bildirilib.
İmtahanda iştirak etmək üçün 1 141 namizəd qeydiyyatdan keçib.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.
İmtahan saat 11:00 və 16:00 olmaqla iki növbədə keçirilir. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanların keçirilməsi üçün 15 imtahan rəhbəri, 77 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.
Kaynak: milli.az