Bu gün imtahan var
Digərləri 22 Haz 2025 09:18:00 74 0
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.
Bu haberi de oku: İyulda bu bürclər gözlənilmədən varlanacaq
Dövlət İmtahan Mərkəzindən Son.az-a bildirilib ki, imtahanlarda ümumilikdə 2144 nəfərin iştirakı nəzərdə tutulur. Doktoranturaya qəbul imtahanına 1797 nəfər (1773 nəfər ingilis dili, 9 nəfər fransız dili, 15 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 344 nəfər (342 nəfər ingilis dili, 1 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib. Üç əcnəbi isə iyunun 23-də Azərbaycan dili üzrə imtahan verəcək.
İmtahanda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, serebral iflic) 3 namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilər təyin edilib.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra onlara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştirakçılara 1 saat 30 dəqiqə vaxt verilir.