Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq


Digərləri 20 Haz 2025 12:42:00 86 0

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq.

Trend xəbər verir ki, bu məsələ "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.