Diyetoloq: Tərəziyə hər gün yox, həftədə bir dəfə çıxmaq daha doğrudur
Digərləri 12 Haz 2025 01:01:00 93 0
Danimarkanın Orhus Universitetinin diyetoloqu Sandra Vigelene bədən çəkisinin düzgün qiymətləndirilməsi ilə bağlı vacib tövsiyə verib. Onun sözlərinə görə, çəki ölçmək üçün hər gün tərəziyə çıxmaq doğru yanaşma deyil. Əvəzində, çəkini həftədə bir dəfə, eyni gün və eyni vaxtda ölçmək daha dəqiq nəticə verir.
Bu haberi de oku: İtkin düşən şəxsin qohumu: "Ayağı kəsilib, gözləri yoxdur"
Son.az xəbər verir ki, mütəxəssis qeyd edib ki, gündəlik çəkidəki dəyişikliklər adətən yağ itkisi ilə bağlı olmur. İnsan bədənində su balansı gün ərzində nəfəs alma, tərləmə və digər təbii proseslər nəticəsində dəyişir. Bu isə tərəzidə görünən rəqəmlərin oynaq olmasına səbəb olur. Xüsusilə gecələr, isti havalarda və ya fiziki fəaliyyət zamanı orqanizmin maye itirməsi səhər çəkisinin daha az görünməsinə gətirib çıxarır. Lakin bu, bədəndəki yağın əriməsi anlamına gəlmir.
Diyetoloq bildirib ki, bədən çəkisinin real göstəricisini almaq üçün tərəzi üzərinə səhər saatlarında, acqarına, yüngül geyimdə və hər dəfə eyni şəraitdə çıxmaq tövsiyə olunur. Çəkidə baş verən kiçik gündəlik fərqlərə deyil, uzunmüddətli dəyişikliklərə diqqət yetirmək daha sağlam yanaşmadır.