Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? Ekspert AÇIQLADI


Digərləri 13 Haz 2025 05:05:00 77 0

Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq?  Ekspert AÇIQLADI

"Mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəzlər insan sağlamlığına ziyan vurur". 

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, sağlamlığa zərər  ən çox da allergik xəstəlikləri olan insanlarda özünü biruzə verir:

"Süni şəkildə istixana şəraitində yetişdirilən meyvə və tərəvəzlərin tərkibində azot və nitrat gübrəsi həddindən artıq çox olur. Həmçinin, onların yetişdirilməsi zamanı müxtəlif süni üsullardan da istifadə edilir. Bu da öz növbəsində insanların sağlamlığına mənfi təsir göstərir". 

Ekspert son günlərdə qarpız və yemişin vaxtından əvvəl satışa çıxarılmasından da danışıb. O, vaxtından əvvəl satışa çıxarılan yemişlərin dadının və tamının fərqli olduğunu söyləyib:

"İndidən satışda olan hər hansısa bir yemişdən ona xas olan ətri gəlmir. Hərçənd ki, onun qoxusu aydın dərəcədə hiss olunmalıdır. Hazırda satışda olan yemişlərdən sanki plastik qoxu gəlir. 

Daha dəqiq desək, yemişlərdən elə bil hansısa bir maddənin qoxusunun gəldiyi təəssüratı yaranır. Üstəlik, vaxtından əvvəl satışa çıxarılan yemişlərin dadı da olmur. Onlardan yemişdən daha çox xiyar tamı gəlir. Ən azından məndə belə qənaət yaradır".