Rövşən Didavariyə yüksək vəzifə verildi


Digərləri 12 Haz 2025 00:06:00 122 0

Rövşən Didavariyə yüksək vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

Son.az Banker.az-a istinadən xəbər verir ki, Rövşən Tofiq oğlu Didavari 2025-ci ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Ona qədər bu vəzifədə Yusif Eyvaz oğlu Əkpərov idi.

O, 1993-1997-ci illərdə Ali Diplomatiya Kollecində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, 2008-2010-cu illərdə isə Qərb Universitetində Jurnalistika ixtisası üzrə magistratura təhsili alıb.

1991-1992-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyatında cildçi-çapçı vəzifəsində çalışıb. 1992-1996-cı illərdə "Qayğı" Kooperativində müxtəlif vəzifələrdə işləyib. 1997-2001-ci illərdə "Xalq qəzeti"nin İctimai-siyasi həyat şöbəsində baş müxbir kimi fəaliyyət göstərib. 2001-2002-ci illərdə "Media LTD" şirkətinin "Bizim əsr" qəzetində analitik şöbədə müxbir vəzifəsində çalışıb.

2003-2006-cı illərdə Bakı-Tbilisi-Ceyhan Cənubi Qafqaz Boru Kəmərləri layihəsində, "Consolidated Contractors International CO (CCIC)" şirkətinin Nəqliyyat departamentində koordinator kimi fəaliyyət göstərib.