Geri çəkilmiş kilometraj, silinmiş VIN: Nə qədər cəriməsi var?


Digərləri 12 Haz 2025 00:10:00 100 0

Geri çəkilmiş kilometraj, silinmiş VIN: Nə qədər cəriməsi var?

Avtomobil alan şəxslər adətən düzgün və etibarlı seçim etməyə çalışsalar da, bazarda yayılmış bir sıra saxtakarlıqlar alıcıları həm maddi, həm də hüquqi cəhətdən çətin vəziyyətə sala bilir.

Son.az xəbər verir ki, avtomobilin qiymətinə təsir edən əsas amillər sırasında istehsal ili, mühərrikin həcmi, texniki vəziyyəti, qəza tarixi və digər faktorlarla yanaşı, nə qədər yol qət etdiyi (yəni kilometraj) də önəmli yer tutur.

Lakin təəssüf ki, bəzən satıcılar kilometraj göstəricilərini bilərəkdən geri çəkməklə qiyməti süni şəkildə artırmağa çalışırlar. Həmçinin qəza keçirmiş avtomobillərin bərpa edilərək təzə kimi təqdim olunması, eləcə də VIN-kodların silinməsi kimi hallar da bazarda rast gəlinən dələduzluq nümunələrindəndir.

Mövzu ilə bağlı hüquqşünas Hikmət Əliyev bildirib ki, belə hallarda alıcıya vurulan maddi zərərin məbləği cəzanın formasını müəyyənləşdirir: