Hazırda Azərbaycanda qızılcaya yoluxma var?


Digərləri 10 Haz 2025 12:54:00 78 0

Hazırda Azərbaycanda qızılcaya yoluxma var?

Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmır.

Son.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.