Uşaqlarının gözü önündə analarını öldürdü


Digərləri 06 Haz 2025 10:55:00 87 0

Uşaqlarının gözü önündə analarını öldürdü

Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qətlə yetirilib.

Son.az xəbər verir ki, ilkin məlumata görə qadın həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb.

Mərhumun qardaşının sözlərinə görə, Zəhra Əliyeva 9 aydır ki, valideynlərinin evində yaşayırmış və boşanma ərəfəsində idi:

"Səhər saatlarında həyat yoldaşım zəng edib dedi ki, bacını bıçaqlayıblar. Evə gələndə onu yerdə qan içində gördüm. 3-4 aydır məhkəmə prosesi gedirdi. Həyat yoldaşı 9 aydır axtarışda idi. Hadisə uşaqların gözü qarşısında baş verib."

Qeyd edək ki, Zəhra Əliyeva Həsrət Əliyevlə ailə həyatı qurduqdan sonra atasının evində birgə yaşayıblar. Onların 3 və 13 yaşlı iki övladı var.

Cinayəti törətdikdən sonra Həsrət Əliyevin hadisə yerindən qaçdığı bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Asya Son.az