Hansı heyvanları qurban kimi kəsmək olar? AÇIQLAMA


Digərləri 05 Haz 2025 13:29:00 101 0

Hansı heyvanları qurban kimi kəsmək olar?  AÇIQLAMA

Müqəddəs bayrama sayılı günlər qalıb. Bu il də niyyəti olanlar və imkanl çatanlar qurban kəsəcək. Qurban kəsməyin bir sıra şərtləri var. 

Son.az xəbər verir ki, ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, qurbanlıq qoç, keçidən, camışdan, eyni zamanda dəvədən kəsilir. Ölkəmizdə dəvə kəsilmir, camış isə tərcih olunmur. Ən çox qurban seçilən heyvan qoç və danalar olur. Şəriət dananın yaşının 2, qoçun isə yaşının 1 olmasını tələb edir. Zəif, xəstə, buynuzu qırıq heyvanlara üstünlük verilməsi düzgün deyil. Onlardan qurban olmaz. İlk öncə Bismillah deyib, 3 dəfə Allahu Əkbər, qurbanımızın üzü qibləyə yönəlmiş halda incitmədən bıçağımız itiləmiş şəkildə qurbanımızı kəsirik. 

İlahiyyatçı bildirib ki, qurban kəsmək üçün namazı gözləmək şərtdir. Yəni, bayram günü bayram namazı qılınır. Əgər qurban namazdan öncə kəsilərsə, bu qurbanlıq sayılmır:

"Bəzən insanlar şərikli qurban kəsirlər. Şərikli qurban kiçik buynuzlu heyvanların üzərində olmaz. Şərikli qurban yalnız böyük heyvanlarda, iri buynuzlu heyvanların üzərində gerçəkləşir. Şərikli qurbanda 7 nəfərə qədər adam bir araya gələ bilər". 

İlahiyyatçı onu da əlavə edir ki, islam dininə görə toyuq, xoruz, ördək qurban kəsilə bilməz. Kəsilən qurban 3 istiqamətə bölünür. Birincisi öz evimizə, digər parçası qohumlara, o biri parçası isə kasıblara paylanır. 

Qeyd edək ki, bəzən insanlar borc alıb qurban kəsir. Bu da düzgün addım deyil. Alllah qurbanı zəngin, imkanı çatan insanlardan gözləyir. 

Aysel Əkbər Son.az