4 tondan çox narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
Digərləri 29 May 2025 19:20:00 113 0
Mayın 29-da məhkəmə qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
Bu haberi de oku: “16 yaşlı qızın toyunda iştirak edən hər kəs...” Deputat narahatdır
Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 2334 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 555 kiloqram müxtəlif narkotik vasitə və 93 min 228 ədəd psixotrop tərkibli həb "Bakı Neft Maşınqayırma zavodu" MMC-nin ərazisində məhv edilib. Son.az