Duzlu göllərdə yeni kimyəvi kəşf tapıldı
Digərləri 29 May 2025 16:47:00 85 0
Beynəlxalq alimlər qrupu Yer kürəsindəki duzlu göllərdə aparılan tədqiqatlar nəticəsində litium hasilatı texnologiyalarına təsir edə biləcək mühüm kimyəvi xüsusiyyətlər aşkar edib.
Bu haberi de oku: 17 yaşlı qız siqaretə görə xəstəxanaya yatırıldı
Son.az xəbər verir ki, araşdırmaya ABŞ-dan professor Avner Venqoşun rəhbərlik etdiyi elmi heyət rəhbərlik edib.
Tədqiqat zamanı Boliviyada yerləşən məşhur Salyar-de-Uyuni duz gölündə və digər oxşar duzlu hövzələrdə litiumun yerləşdiyi rassol sularının pH səviyyəsinin bor elementi ilə birbaşa əlaqəli olduğu müəyyən edilib. Bu, okean və digər təbii duzlu suların kimyəvi tərkibindən əhəmiyyətli dərəcədə fərqlənir.
Alimlər bildirir ki, Uyuni gölündəki rassollar təbii halda neytral pH-a malikdir. Lakin litium hasilatı zamanı istifadə olunan buxarlandırıcı hovuzlarda bu balans pozulur və pH səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Bu dəyişiklik, bor elementinin bor turşusu və boratlar şəklində kimyəvi reaksiyalara girməsi ilə əlaqələndirilir.