Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı 11 ilə kimi həbs!


Digərləri 29 May 2025 11:40:00 77 0

Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı  11 ilə kimi həbs!

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalovla insidentdən sonra həbs edilən kikboksçuların ittihamı ağırlaşdırılıb.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, ibtidai istintaq zamanı toplanmış sübutlar nəticəsində təqsirləndirilən şəxslər - Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun əməlində ağır cinayət tərkibi müəyyən olunub.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq) maddəsindən əlavə, eyni məcəllənin daha ağır - 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə yeni ittiham elan edilib. İdmançılar təqsirli bilinəcəkləri halda 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Məlumatı təqsirləndirilən şəxslərdən birinin vəkili Yusif Seyfəlov saytımıza təsdiq edib.

Yaxın günlərdə iş üzrə məhkəmə araşdırması başlanacaq.