AYNA yeni proqram yaratdı Şikayətiniz varsa, bildirin
Digərləri 27 May 2025 17:00:00 94 0
Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi "Map AYNA" sistemi yenilənib və funksionallığı artırılıb.
Bu haberi de oku: Sabun, yoxsa duş geli: Dəri və şəxsi gigiyena üçün hansı daha uyğundur?
Bu barədə Son.az-a AYNA-dan məlumat verilib.
Məlumata görə, ictimai nəqliyyat barədə rəqəmsal informasiya "ayna.gov.az" internet resursunda "Avtobus marşrut xətləri" başlığı altında yayımlanır. Hazırda qeyd edilən platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Belə ki, sərnişinlər dayanacaq məntəqəsini seçərək həmin ərazidən keçən marşrutları görürlər.