Qəpiklə ödəniş edilməsin deyə, belə etdilər FOTO


Digərləri 28 May 2025 19:24:00 118 0

Qəpiklə ödəniş edilməsin deyə, belə etdilər  FOTO

Metronun "Koroğlu" stansiyasında bəzi "Bakıkart" aparatlarına qəpiklə ödəniş etmək olmur.

Son.az oxu.az-a istinadla xəbər verir ki, ödəmə cihazlarının girişləri bağlanıb.

Bundan əlavə, cihazlardan birinin girişi daraldılıb, bu, qəpiklə ödənişin qarşısını almaq üçün edilib.

Maraqlıdır ki, pik saatda, sıxlığın müşahidə edildiyi bir vaxtda bu məsələyə niyə nəzarət edilmir?

Sərnişinlərin sözlərinə görə, digər stansiyalarda da belə halla rastlaşmaq mümkündür.