“Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”
Digərləri 27 May 2025 17:17:00 121 0
Xəbər verdiyimiz kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Belə ki, əvvəlki illərdə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydalara hansı səbəbdən dəyişiklik edildiyinə də rəsmi aydınlıq gətirilməyib.
Bu haberi de oku: Araz Musayev vurulmazdan öncə bu məmuru ittiham edibmiş FOTO
Son.az qafqazinfoya istinadla xəbər verir ki, sözügedən qərar valideynlər arasında ciddi narahatlıqlara səbəb olub.
Artıq bir çox valideyn, o cümlədən təhsil ekspertləri bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Valideynlər həmin qərarı tənqid edərək, övladlarının təxminən bir ildir, hazırlıqlara getdiklərini, bunun onlara həm maddi, həm də mənəvi təsir etdiyini bildirib.
Narazı valideynlərdən biri Zahidə Səmədin sözlərinə görə, övladı hazırlıqlarla yanaşı, hər ay 1 və ya 2 dəfə liseylərdə sınağa gedib: "Sınaq çox da minimal büdcə deyil, 12-15 manat olub və hamımız uşaqlarımızı ora göndərmişik. Bəs bu sınaqlar niyə təşkil olunurdu? Hətta mayın 31-nə, iyunun 1-nə sınaqlar var, onlara bilet alan insanlar var. Əgər imtahan olmayacaqdısa, niyə bu sınaqların təşkilinə icazə verilirdi? Niyə bu qərar sentyabrda, ilin ortasında - yanvarda deyil, imtahana 20 gün qalmış açıqlanır? Bu, şagirdlərin hüquqlarının tapdalanmasıdır. Bu qərarın qəbulunda məqsəd nədir?"
Valideynlər qərara təkrar baxılmasını, onun aradan qaldırılmasını tələb ediblər.