Ot yenidən bahalaşdı, bəs ət?


Digərləri 27 May 2025 13:55:00 97 0

Ot yenidən bahalaşdı, bəs ət?

Ot tədarükü mövsümündə həm alıcılar, həm də satıcılar çətinlik çəkir. Bazarda qiymətlərin dəyişməsi mal qara saxlayanların işini çətinləşdirib.

Son.az xəbər verir ki, fermerlər ötən illə müqayisədə bu il otun qiymətində ciddi fərqin olduğunu deyirlər. Onların sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il ot daha çox xərc tələb edir. Keçən il bu vaxtı təbii otun qiyməti 2 manat, indi isə keçən ilki qiymətdən 1.50 qəpik bahadır:

"Ot bahalaşırsa, bu ətin qiymətinə də təsir edə bilər. Çünki heyvanı bəsləyən otdur. Ot qalxıbsa, ət necə qalxmasın?" - deyə yerli sakinlər narazılıq edirlər. 

Məsələ ilə bağlı aqrar məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirir ki, bahalaşmanın yağıntıların intensiv olması ilə əlaqəlidir: