Kolumb yerli əhalini necə aldatdı? – “Allah bərk qəzəblənib”
Digərləri 27 May 2025 12:47:28 112 0
Səyyah Xristofor Kristofer Kolumb bir dəfə gəmilərini təmir etdirmək üçün Yamayka sahillərinə gəlir.
Bu haberi de oku: Bu duanı oxuyub yatanı "mələklər" səhərə qədər "qoruyur"
Son.az Qlobal.net-ə istinadla xəbər verir ki, yerli sakinlər təmir işlərinə kömək edir və gəmi heyətini yemək-içməklə təmin etməyə başlayırlar. Təmirin uzanmasını və gəmi işçilərinə yemək çatdıra bilmədiklərini görən sakinlər ərzaq yardımını dayandırırlar. Kolumb gəmidəki təqvimə baxır və ertəsi gün Ay tutulması olduğunu öyrənir, dərhal yerlilərin başçısının yanına gedir.
Kolumb başçıya Tanrı ilə əlaqə saxladığını və yardımların kəsilməsinin onu çox qəzəbləndirdiyini deyir. Tanrının öz qəzəbini Ayı qırmızı rəngə boyayaraq göstərəcəyini bildirir. Ertəsi gün axşam saatlarında Ay tutulması başlayır.
Yerlilər inilti və fəryadla hər yerdən gəmilərə tərəf gəlir, yemək-içmək gətirir, yalvarırlar ki, Tanrı onları bağışlasın.