Sabah hava necə olacaq?
Digərləri 27 May 2025 12:14:00 88 0
Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu haberi de oku: Bu duanı oxuyub yatanı "mələklər" səhərə qədər "qoruyur"
Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, 27-dən 28-nə gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45 % olacaq.
Kaynak: milli.az