Qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlandı
Digərləri 26 May 2025 05:05:00 111 0
Çinin Elm və Texnologiya Universitetinin alimləri qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlayıblar.
Bu haberi de oku: Yeni tikililər, fantastik qiymətlər... Ekspert
Son.az xəbər verir ki, bu barədə "Cell" jurnalında məqalə dərc olunub.
Bildirilib ki, yeni nəsil kontakt linzalar görünməyən infraqırmızı işığı görünən işığa çevirir. Bu da insan gözünün tanıdığı spektrdə görüntü yaratmaqla qaranlıqda görməyə imkan verir.
Ən maraqlı cəhətlərdən biri odur ki, linzalar göz qapaqları bağlı olduqda da işləyir. İnfraqırmızı işıq qapaqlardan keçərək daha dəqiq görüntü yaradır. Bu, infraqırmızı işığın görünən işıqdan fərqli olaraq, göz qapağından daha yaxşı keçməsi və xarici işıqdan yaranan maneələri azaltması ilə izah olunur.