Rusiyada əcnəbilər üçün YENİ QAYDA Bu tarixdən giriş çətinləşəcək


Digərləri 21 May 2025 11:30:00 47 0

Rusiyada əcnəbilər üçün YENİ QAYDA  Bu tarixdən giriş çətinləşəcək

Dövlət Duması plenar iclasında Moskva və Moskva vilayətində miqrantların mobil proqram vasitəsilə qeydiyyata alınması üzrə eksperiment haqqında qanun qəbul edib.

Son.az xəbər verir ki,  eksperiment 2025-ci il sentyabrın 1-dən 2029-cu il sentyabrın 1-dək aparılacaq.

Artıq əcnəbi vətəndaşlar mobil əlavədə qeydiyyatdan keçməli, şəxsi məlumatların emalına, o cümlədən abunəçi cihazlarının geolokasiyasına razılıq verməli və onların faktiki yerləşdiyi yer barədə Daxili İşlər Nazirliyinin ərazi orqanına mesaj göndərməli olacaqlar.

Qəbul edilən qanunda miqrantın mobil əlavə vasitəsilə qeydiyyatdan keçərkən reyestrdən çıxarılmasının əsasları da müəyyən edilib. Belə ki, o, sonuncu monitorinq tarixindən üç gün ərzində cihazın geolokasiya məlumatlarını ötürməsə, bu, xarici vətəndaşın reyestrdən çıxarılmasına səbəb olacaq.