Maşınla Xankəndi və Xocalıya getmək istəyənlərə xoş xəbər


Digərləri 21 May 2025 17:42:00 75 0

Maşınla Xankəndi və Xocalıya getmək istəyənlərə xoş xəbər

Bu gündən Azərbaycan vətəndaşlarının "Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

Son.az xəbər verir ki, artıq vətəndaşlar "Yolumuz Qarabağa" portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərinə də səfər edə biləcəklər.

Qeyd edək ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.

"Yolumuz Qarabağa" portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq.