Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma aparılır
Digərləri 21 May 2025 20:25:00 105 0
Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq.
Bu haberi de oku: Ardıcıl 4 gün iş olmayacaq Tarixlər
Bu barədə Son.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır" - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, sosail şəbəkələrdə Afaq Əliyevanın səs yazısı yayılıb. Direktor həmin səs yazısında məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir. Lalə Şəfaqətova isə direktora bundan çəkindiyini bildirir. Son.az