İmamoğlunun gizlətdiyi həmin telefon ələ keçirildi


Digərləri 21 May 2025 22:27:00 94 0

İmamoğlunun gizlətdiyi həmin telefon ələ keçirildi

İstanbul Respublika Prokurorluğunun "İBB korrupsiya və terror istintaqı" çərçivəsində apardığı araşdırmalar nəticəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğluna məxsus gizli saxlanılan ikinci mobil telefon əməliyyat zamanı ələ keçirilib.

Milil.Az xəbər verir ki, İmamoğlu həbsdə olduğu müddətdə bu telefondan istifadə edib.

İstanbul Baş Prokurorluğu tərəfindən davam etdirilən istintaq "cinayət təşkilatının yaradılması və rəhbərliyi", "təşkilata üzvlük", "korrupsiya", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tender saxtakarlığı" kimi maddələrlə aparılır. İmamoğlu ilə yanaşı, digər şübhəlilər də eyni istintaqa cəlb olunub.

İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən basqın zamanı İmamoğlunun axtarışda olan ikinci mobil telefonu aşkar edilərək götürülüb. Araşdırmalara əsasən, həmin cihazdan istintaq zamanı da istifadə edildiyi müəyyənləşdirilib.

İmamoğlunun mart ayında həmin mobil telefon vasitəsilə etdiyi zənglərin HTS (telekommunikasiya) qeydləri istintaq materiallarına daxil edilib. Bu qeydlərdə onun 50 milyon lirə köçürməsi ilə gündəmə gələn Hüseyn Köksal ilə 5 dəfə, eyni istintaqda həbs edilən Kültür AŞ-nin keçmiş baş direktoru Serdal Taşkınla 8 dəfə, hazırkı direktor Murat Abbasla 11 dəfə, İBB Əmlak İdarəetmə Departamentinin rəhbəri Kağan Sürmegözlə isə 2 dəfə əlaqə saxladığı qeyd olunub.


Habere ait fotoğraflar