Tələbənin kəşfi Ginnesin Rekordlar kitabına düşdü
Digərləri 22 May 2025 05:05:00 81 0
Çinli tələbə Xu Yanq 3D çap texnologiyası ilə hazırlanmış mikrodronu saatda 340,78 kilometr sürətə çatdıraraq Ginnesin Rekordlar Kitabına düşüb. Bu barədə "Chinese Students" məlumat yayıb.
Bu haberi de oku: Ardıcıl 4 gün iş olmayacaq Tarixlər
Son.az xəbər verir ki, Xu Yanq bildirib ki, ilkin sınaq nəticələrinə əsasən rəsmi sürətin təxminən 320 km/saat olacağını gözləyib:
"Lakin dronun 340 km/saat, hətta arxa küləklə birlikdə 350 km/saat sürətə çatacağını təsəvvür etməzdim."
"Prowess" adlanan mikrodronun çəkisi 250 qramdan azdır. O, yüngül karbon lifli çərçivə və ultranazik 3D çaplı korpusla təchiz olunub. Həmçinin yüksək sürətli pərvanələrə malikdir.
Kaynak: milli.az