Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gəncədə konsert ilə çıxış edəcək


Digərləri 21 May 2025 15:10:00 79 0

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gəncədə konsert ilə çıxış edəcək

30 may 2025-ci il saat 17:00-da Gəncə Dövlət Filarmoniyasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı baş tutacaq. 

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Biz dünyayıq" adlı konsert proqramında "Musiqili Uşaq Teatrı", "Sədəf" xalq çalğı alətləri ansamblı və solistlər, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, "Simurq" musiqi festivalının iştirakçıları bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edəcək. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az