Huşunu itirən azərbaycanlı avtobusun altında qaldı


Digərləri 21 May 2025 19:19:00 75 0

Huşunu itirən azərbaycanlı avtobusun altında qaldı

İstanbulun Küçükçekmece rayonunda bədbəxt hadisə baş verib.

Son.az türk mediasına istinadla xəbər verir ki, səki ilə gedən Azərbaycan vətəndaşı qəfil özünü pis hiss edərək yola yıxılıb və həmin an hərəkətdə olan servis mikroavtobusu onun üzərindən keçib.

Hadisə saniyəbəsaniyə yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb.

Faciəvi hadisə Namık Kamal küçəsində, Kartaltəpə məhəlləsində qeydə alınıb.

Hadisə yerinə dərhal sağlamlıq və polis qrupları çağırılıb. Tibbi müayinədən sonra piyadanın həyatını itirdiyi təsdiqlənib. Servis sürücüsü ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. Prokurorluq və polis qrupları hadisə yerində araşdırmalara başlayıb, şəxsin cəsədi isə morqa təhvil verilib.

Ölən şəxsin kimliyi hələlik rəsmi olaraq açıqlanmayıb. İstintaq davam edir.

Fidan Son.az