Qadınları fotoları ilə şantaj edən şəxs tutuldu


Digərləri 21 May 2025 16:50:00 76 0

Qadınları fotoları ilə şantaj edən şəxs tutuldu

Lənkəran sakini olan bir nəfər qadının üzərinə rüsvayedici sözlər yazılmış fotosunun sosial şəbəkədə paylaşılması və silinməsi müqabilində ondan bir neçə dəfə müxtəlif məbləğlərdə pul tələb olunması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı sakini 25 yaşlı Əli Müslümov saxlanılıb.

Araşdırmalarla Ə.Müslümovun sosial şəbəkədə işlətdiyi səhifələrdə ayrı-ayrı qadınların fotoşəkilərini paylaşıb müxtəlif məbləğlərdə pul tələb edərək alması müəyyən olunub.