Sarkisyan məhkəmə qarşısına çıxarılır – Yeni ittiham
Digərləri 21 May 2025 15:23:00 69 0
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan yeni cinayət işi üzrə ittiham olunur və bu gün ilk dəfə olaraq məhkəmə qarşısına çıxarılacaq.
Bu haberi de oku: Günün qoroskopu: Yüngül axınlı qazanc mümkündü
Son.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Serj Sarkisyanın Ermənistanın müdafiə naziri olduğu dövrdə 20 ilə yaxın davam edən torpaq alqı-satqısı ilə bağlı qanunsuz sövdələşmədə iştirakı iddia olunur.
Konkret olaraq, o, İrəvanın İsakov prospektində yerləşən torpaq sahələrinin dəyərindən aşağı qiymətə satılaraq, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın nəzarətində olan "Toyota-Yerevan" şirkətinin balansına keçməsində ittiham edilir.
Sarkisyanın vəkili isə yayılan ittihamların reallıqla heç bir əlaqəsinin olmadığını və siyasi motivli olduğunu bildirib.
Xatırladaq ki, Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, 1989-1993-cü illərdə separatçı "Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri Komitəsi"nə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri, daha sonra isə milli təhlükəsizlik və daxili işlər naziri vəzifələrində çalışıb. 2000-2007-ci illərdə yenidən müdafiə naziri olub. 2008-ci ildən 2018-ci ilə qədər Ermənistan Respublikasının prezidenti və daha sonra qısa müddətə baş nazir postunu tutub.